Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət gerbinin dəyişdirilməsinin mümkün olduğunu açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tokayev buna səbəb kimi indiki gerbin eklektizm və sovet dövrünün əlamətlərini ehtiva etdiyini bildirib.
Onun sözlərinə görə, gerbin dəyişdirilməsinə ictimai razılıq olarsa, xüsusi komissiya toplana bilər.
Ölkə prezidenti bundan sonra yeni dövlət gerbinin ən yaxşı eskizi üçün müsabiqə elan edilə biləcəyini deyib.