"Həftə sonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".
Qutb.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb.
"Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.