Qəzzada mülki əhaliyə qarşı havadan paraşütlə atılan yardım əməliyyatında İordaniya kralı II Abdulla şəxsən iştirak edib.
Publika.az xəbər verir ki, İordaniya Hərbi Hava Qüvvələri tərəfindən Qəzzada mülki əhalinin ehtiyaclarını tez çatdırmaq üçün paraşütlə hava yardımı əməliyyatı həyata keçirilib.
Kral hesabından edilən açıqlamada "Əlahəzrət Kral II Abdullah qəzzalılara yardım göstərmək üçün təşkil edilən hava-desant əməliyyatında iştirak edib" deyilir.
Roza