02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Mədəndəki torpaq sürüşməsi ilə bağlı şirkət rəhbəri saxlanıldı

18 fev 2024 10:00
GÜNDƏM
ads

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda baş verən torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində mədəndə iş aparan şirkətin direktoru saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "TV-100" kanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib.

Türkiyənin Ətraf Mühit Nazirliyi qızıl mədəninin ekoloji lisenziyasını ləğv edib. Türkiyənin energetik naziri Alparslan Bayraktar daha əvvəl jurnalistlərə bildirib ki, səlahiyyətlilər gündəlik olaraq ekoloji ölçmələr aparır.(Report)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur