26.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Müharibənin tezliklə başa çatacağına ümid edirik - Ərdoğan

25 iyn 2025 23:00
DÜNYA
ads
Advertisement

Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır. Ölkənin müdafiə sahəsinə xərcləri ÜDM-in 2 faizindən çoxdur. Güclü infrastruktur və investisiyalar sayəsində bu göstəricini 5 faizə çatdıra bilərik.

Modern xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammitinin yekunlarına dair brifinqdə səsləndirib.

O, Türkiyənin müdafiə sənayesindəki uğurlarına diqqət çəkərək bildirib ki, ölkə pilotsuz uçuş aparatlarının aparıcı istehsalçıları sırasındadır

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Atlantika Alyansının müttəfiqləri Haaqada müasir dövrün təhlükə və təhdidləri fonunda “üzərlərinə daha böyük məsuliyyət götürmək” barədə razılığa gəliblər ki, bu da Ankara tərəfindən təqdir olunur.

Türkiyə Prezidenti Ukraynada gedən müharibənin regional və qlobal təsirlərinə də toxunub.

“Türkiyə Moskva və Kiyev arasında ədalətli və davamlı sülh naminə səylərini davam etdirir. Əminəm ki, ədalətli sülhdən heç kim uduzmayacaq. Müharibənin tezliklə başa çatacağına ümid edirik”, – deyə o bildirib.

İran və İsrail arasında gərginliyin artmasına münasibət bildirən dövlət başçısı vurğulayıb ki, son gərginlik regionu ciddi fəlakətlər və təhdidlərin astanasına gətirib.

“Bölgəmizin tarixi göstərir ki, müharibə heç vaxt arzulanan nəticə vermir. İranla problemlərin uzunmüddətli həlli yalnız diplomatiya və danışıqlar yolu ilə mümkündür”, – deyə o əlavə edib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampın çağırışlarına tərəflərin qulaq asacağına ümidvar olduğunu bildirib.

“Yaxın Şərqdə sülhün təmin olunması üçün biz də üzərimizə düşən addımları atmağa hazırıq”, – deyə siyasi lider vurğulayıb

Türkiyənin bu proseslərdə iştirakı ehtimalı ilə bağlı suala cavabında isə Ərdoğan deyib: “Nə qədər ki, ölkəmiz hücuma məruz qalmayıb, belə bir şey mümkün deyil. Türkiyə öz regionunda sülh tərəfdarıdır”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur