07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

07 avq 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqust 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Bu barədə Qutb.aza "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - qurumdan bildirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur