Ukrayna Krımda “ciddi hərbi əməliyyata” hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə respublikanın Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib.
"Qara dənizdəki hərəkətlərimiz Krımda ciddi əməliyyata hazırlıqdır", - Budanov deyib.
Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Ukrayna qoşunları 2022-2023-cü illərdə Qara dəniz bölgəsində “bir strateji planla bağlı” əməliyyatlar həyata keçirib. O qeyd edib ki, Xerson vilayətində Dnepr çayının sol sahilinə hücum cəhdləri də eyni məqsədə xidmət edir.
Fevralda Budanov Kiyev üçün Donbası ələ keçirməyin Krımdan daha çətin olacağını bildirmişdi:
“Düşünürəm ki, Donbası geri qaytarmaq daha çətin olacaq. Çünki orada fasiləsiz təchizat xətti var”.
Tural