“Türkiyə öz müstəqil siyasətinə sadiqdir. Bunun təzahürlərindən biri də Qarabağın 30 illik işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək olmasıdır”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Türkiyə başqa ölkələr üçün hərəkət etmir. Xarici və daxili siyasətimizdə Türkiyənin və türk xalqının maraqlarına tam sadiqik”, - deyə o bildirib.
O qeyd edib ki, Şimali İraq və Suriyada antiterror əməliyyatları, eləcə də “Qarabağın 30 ilə yaxın işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək” bu siyasətin təzahürlərindəndir.