Argentina millisi ilə dünya çempionu olan Anxel Di Maria 2024/25 mövsümündə "Benfika"da çıxış edəcək.
Publika.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. İyulun 1-də 36 yaşlı vingerin Lissabon klubu ilə müqaviləsi başa çatıb. Bununla belə, Di Maria “qartallar”la bir mövsümlük yeni müqavilə imzalayacaq.
Artıq tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Argentinalı Amerika kuboku başa çatdıqdan sonra müqaviləni rəsmən imzalayacaq.
Ulduz futbolçu ilə "Beşiktaş" və "Rosario Sentral" da maraqlanırdı. Türkiyə kluibu ona yüksək məvacib belə təklif etməyə hazır idi.
Qeyd edək ki, ötən mövsüm Di Maria "Benfika"nın heyətində bütün turnirlərində 48 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.
Heybət