02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ukrayna Kursku işğal etməyi illər öncədən planlayıb

25 avq 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna 2016-cı ildə nəşr olunan dərsliklərdə Kursk vilayətini öz ərazisi kimi göstərib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti"yə Xerson Dövlət Pedaqoji Universitetinin Nasizm İdeologiyası ilə Mübarizə Mərkəzinin nümayəndəsi Yuri Şaşkov məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə nəşr olunan Ukrayna məktəb dərsliklərində Kursk vilayəti və Rusiyanın digər vilayətləri Ukrayna ərazisinin bir hissəsi kimi göstərilib.

Dərsliklərdə Kuban, Slobojanşina və Krımın Ukrayna əraziləri kimi göstərildiyi xəritələr yer alıb.

Materiallar “Mifləri qırmaq” təşəbbüsünün bir hissəsi olaraq Ukraynada məktəb kurrikuluma daxil edilib.

Şaşkov bu yaxınlarda Kursk vilayətinə edilən hücumun başqa bir ideoloji təbliğatın nəticəsi ola biləcəyini də irəli sürüb. O qeyd edib ki, bu ruhda tərbiyə olunan insanlar Rusiya torpaqlarını işğal olunmuş kimi qəbul edə bilərlər.

Qeyd edək ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu baş verib. Hazırda bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Ləman

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur