Dövlət qulluqçuları təltif edildi - Sərəncam
İlham Əliyev: "Helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi"
ABŞ-da Miluoki vilayətinin hakimi Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən həbs olunub.
Moder.az -ın məlumatına görə, o, məhkəmə zalında həbs olunmalı olan miqrantı arxa qapıdan qaçırmaqda ittiham olunur.
Keçən cümə günü FTB, immiqrasiya və narkotiklərlə mübarizə üzrə federal agentlər məişət zorakılığı ittihamı ilə məhkəmə zalında olan Meksika vətəndaşı Eduardo Flores-Ruizi həbs etməyə gəliblər. Bildirilir ki, hakim Hanna Duqan onları yayındıraraq, miqrantın məhkəmə binasından çıxmasına şərait yaradıb.
Hadisə zamanı miqrantın qaçmasının qarşısı alınıb.