ABŞ Senatı Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib.
QÜTB.AZ xəbər verir ki, səsvermə Donald Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib.
Səsvermə zamanı 99 yekdil səslə Marko Rubio yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək səviyyəli rəsmisi olub.
Qeyd edək ki, Marko Rubio 2011-ci ildən Respublikaçılar Partiyasının Florida ştatından olan senatoru kimi fəaliyyət göstərir.