20.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

67 yaşlı kişi dəfn olunacaqdı ki... - Xortladı

16 yan 2025 16:00
HADİSƏ
ads
Advertisement

Hindistanda yaşlı kişi öz dəfnindən bir neçə saat əvvəl qəfildən “canlanıb” və gözlərini açıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə "News9Live" məlumat yayıb.

67 yaşlı Pavitran ağır xəstəlikdən Manqalordakı xəstəxanada müalicə alıb. Yanvarın 13-də həkimlər xəstənin nəfəsinin dayandığını və ona kömək etmək üçün başqa heç nə edə bilməyəcəyini açıqlayıblar. Kişi təcili yardım maşını ilə evinə aparılıb. Beş saatlıq yolda o, heç bir həyat əlaməti göstərməyib. Sonra tibbi avtomobildə olan həkim onun qolunu güclə tərpətdiyini görüb. Dərhal təcili tibbi yardım işçiləri kişinin nəfəs aldığını bilib və onun reanimasiyaya köçürülməli olduğunu bildiriblər. O, xəstəxanaya qaytarılıb. Səhərə yaxın Pavitranın vəziyyəti stabilləşib və bir müddət sonra özünə gəlib, gözlərini açıb.

Məlum olub ki, xəstə sadəcə huşunu itiribmiş.

Yaxınlarının dediyinə görə, Pavitran insult və tənəffüs problemi ilə Manqalor xəstəxanasına yerləşdirilib. Həkimlər onun yalnız mexaniki ventilyasiya sayəsində sağ olduğunu bildiriblər və yaxınlarına ən pis vəziyyətə hazırlaşmağı tövsiyə ediblər.

Adəm

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur