Ermənistan hökumətinin qərarına əsasən, Ermənistan Daxili İşlər Nazirliyinin kinoloji bölmələri üçün Belarusdan 5 ovçarka gətiriləcək.
Publika.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda itlərin adları da göstərilib: “Arçi”, “Niko”, “Kerri”, “Bleyz” və “Arma”. Bu itlərin Ermənistan Daxili İşlər Nazirliyinin maddi bazasında qeydiyyata alınacağı bildirilir.
“Heyət”in çatdırılmasını Belarus tərəfi öz hesabına həyata keçirəcək.
Qeyd edək ki, son aylarda Ermənistan Daxili İşlər Nazirliyinin rəhbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə kompleks tədbirlər çərçivəsində kinoloji bölmələrin gücləndiriləcəyini bildirib.
Tural