"Liverpool"un sahibi olan "Fenway Sports Group"un prezidenti Maykl Qordon komandanın baş məşqçisi Yurgen Kloppu fikrindən döndərməyə çalışıb.
Publika.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Qordon Yurgenin mövsümün sonunda postundan gedəcəyi ilə bağlı verdiyi açıqlamadan bir neçə saat sonra ona zəng edib. Mersisayd təsmilçisinin prezidenti alman mütəxəssisə istədiyi məbləğdə çek göndərməyi və bunun qarşılığında fikrini dəyişməyi təklif edib.
Klopp bunu gülüşlə qarşılayıb və cazibədar təklifi rədd edib, ayrılmaq qərarında qəti olduğunu qeyd edib.
Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayıb. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb.
Heybət