Asılılıq modern çağın ən böyük bəlalarından biridir. Müxtəlif gündəlik qayğılarından, stresdən qaçmaq istəyən insan xırda sandığı həzlərə sığınır. Ancaq “bir dəfədən bir şey olmaz” dediyi həzz qısa zamanda onun bütün sosial münasibətlərini məhv edir, onu cəmiyyətdən təcrid vəziyyətinə salır.
“SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” sizin sosial həyatınızın, xoşbəxt günlərə dair rutinlərlərinizin geri qaytarılması üçün "12 addım" atmağı təklif edir.
Mərkəzin peşəkar mütəxəssislərinin tətbiq etdiyi “12 addım” xüsusi proqramı narkomaniya, qumar, siqaret kimi aludəçiliklərdən qurtulmaq üçün müstəsna şansdır.
Mərkəzin rəhbəri Ruslan Həsənzadənin sözlərinə görə, qumarın, narkomaniyanın müasir cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran təhlükə mənbəyi olduğunu heç kim inkar edə bilməz:
“Bu, elə bir təhlükəli bəladır ki, düçar olan insanın düşüncəsini pozur, beyinin funksiyasını dayandırır və asılılıq yaradır. Belə insanlar narkotik vasitələrdən istifadə etdiyi anlarda rahatlıq hiss edirlər, amma bu bəladan tək başına qurtulmaq heç vaxt alınmır. Biz həmin şəxslərə Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərən və 200-dən artıq zərərli asılılıqdan qurtulmağa kömək edən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”mizi təklif edirik. Bizim reabilitasiya mərkəzimiz iki ildir ki, “12 addım” xüsusi proqramı vasitəsilə 200-dən artıq zərərli asılılıq, vərdişlərdən xilas etmə yolunda öz missiyasını uğurla yerinə yetirir. Bu cür bəlalardan qısa zamanda qurtulmaq və sağlam şəkildə ailəsinin, dostlarının yanına qayıtmaq istəyən hər bir şəxsə qapılarımız açıqdır. “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”mizdə qalan insanların məxfiliyi tam qorunur. Bunun üçün müqavilə imzalanır və onun müvafiq bəndində xəstələr haqqında məlumatların açıqlanmaması xüsusi qeyd edilib. Biz işimizdə yüksək keyfiyyət, zəruri psixoloji yardım zəmanəti veririk”.
Mərkəzin rəhbəri Ruslan Həsənzadə vurğulayıb ki, hər mərkəzdə maksimum 36 nəfər reabilitasiya üçün yerləşdirmə imkanı var:
“Bizim reabilitasiya mərkəzlərimiz - Bakı şəhər və yaxın qəsəbələrdə yerləşirlər. 20 nəfər peşəkar psixoloq mütəxəssislərimiz var və indiyə kimi 1000 artıq şəxsə psixoloji yardım göstərib. “SPR Sosial Psixoloji Reabilitasiya Mərkəzinin psixoloq-mütəxəssisləri daima müvafiq təlimlərdə iştirak edirlər”.
Qeyd edək ki, SPR Sosial Reabilitasiya Mərkəzinə müraciət edənlərin sayı əsasən kişilər olsa da, qadınlar üçün də ayrıca mərkəzi fəaliyyət göstərir və onların məxfiliyi qorunur.
Siz də zərərli asılılıqdan qurtulub, yaxınlarınızın qarşısına sağlam şəkildə çıxmaq istəyirsinizsə, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin peşəkarları ilə birlikdə bu addımı ata bilərsiniz.
Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33
View this post on Instagram
SəsverməSaytımızı bəyəndiniz?134 səslər Aktual videolar
Bizi izləReklamQarışıq xəbərlərHava durumuBakı 7.03° CTəqvimValyutalar
USD 1.70EUR 1.77TRY 0.05RUBL 0.02 Teglər
© 2022 - Bütün müəllif hüquqları qorunur