Azərbaycanlı xanım Zəhra Hüseynli Goncalves həyat yoldaşı, portuqaliyalı Diamantino Goncalves ilə “AStar” layihəsinə qonaq olublar.
Publika.az xəbər verir ki, cütlük tanışlıqlarından, ailələrinin, qohum-tanışlarının, ətrafdakı insanların onlara münasibətindən danışıb.
Əslən Bərdədən olan Zəhra qeyd edib ki, 6 il əvvəl turizm şirkətlərindən birində satış meneceri işləməyə başlayıb. Daha sonra Diamantino Goncalves Azərbaycana səyahət edir və həmin vaxt Zəhra ilə tanış olur. Onlar bir könüldən min könülə aşiq olur, çətinlikləri aşır və evlənirlər. Amma hələ də sərhədləri, ölkələri aşaraq, bir-birinə qonaq gedirlər...
Cütlüyün toyu Bərdədə baş tutub. Zəhra ingilis dili müəllimidir, həyat yoldaşı isə Kembric Universitetində əməliyyatçı-administrator vəzifəsində çalışır.
Ətraflı videoda: