Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.
Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.