Miqrasiya və səfərbərliklə əlaqədar yaranan mütəxəssis çatışmazlığı səbəbindən Kiyev Metropoliteni pik saatlarda qatarlar arasındakı intervalları artırmağa məcbur olub.
Publika.az xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.
“Mövcud kadr çatışmazlığı nəzərə alınaraq, yaxın vaxtlarda bütün metro xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək, qatarlar arasında intervallar pik saatlar arasında təxminən bir dəqiqə, pik saatlarda isə 45 saniyə artırılacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, 83 nəfər maşinist, 48 nəfər elektromexanik, 161 nəfər isə müvafiq üçün mexanik çatışmazlığı var.
Adəm