İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
24 nəfərin axtarışları hələ də davam edir.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayı 69 nəfər olub.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.
Hazırda xilasetmə işləri həyata keçirilir.