29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azarkeşlər ona qarşı təxribat hazırlayırlar: Görün nə plan qurublar

26 sen 2024 12:00
İDMAN
ads

"Atletiko"nun aktiv azarkeşləri İspaniya çempionatının 8-ci turunun "Real"la oyunu zamanı etiraz aksiyası keçirməyi planlaşdırırlar.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Ok Diario" məlumat yayıb.

Mənbənin sözlərinə görə, azarkeşlər şəxsiyyətlərinin müəyyən edilməməsi üçün oyunda maskalar taxaraq, "kral klubu"nun hücumçusu Vinisiusu təhqir etməyə hazırlaşırlar.

Azarkeşlər fəal şəkildə futbolçuya qarşı irqçi ifadələr yayırlar və sosial şəbəkələrdə digər "Atletiko" azarkeşlərini də onların aksiyasına qoşulmağa çağırırlar.

Vinisius mütəmadi olaraq digər klubların azarkeşləri tərəfindən təhqirlərlə üzləşir. Sentyabrda futbolçu İspaniyanın irqçiliklə bağlı böyük problemləri olduğunu deyərək, 2030-cu il dünya çempionatına ev sahibliyi hüququnun ölkədən alınmasına çağırış edib.

Qeyd edək ki, "Atletiko" - "Real" matçı sentyabr 29-da Madriddə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur