“Azərbaycan Respublikası seçkiyə tam hazır idi”.
Publika.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrin nəticələrinə dair brifinqdə deyib.
O bildirib ki, seçki tam şəkildə beynəlxalq qaydalara uyğun idi: “Seçki günü bütün insanlar azad şəkildə səsvermədə iştirak etdilər. Bütün baş çəkdiyimiz seçki məntəqələrində ictimai asayiş var idi.
Missiyanın əhatə etdiyi bütün məkanlarda sərbəst daxil olması təmin olunmuşdu. Hər şey tam qanunauyğun keçirilib. Seçki bülletenləri azad şəkildə seçicilərə verilib. TDT təsdiq edir ki, növbədənkənar prezident seçkiləri tam şəffaf, beynəlxalq standartlara uyğun keçirilib. Qardaş Azərbaycan vətəndaşlarına təbriklərimizi çatdırırıq. Bu seçki Azərbaycanın çiçəklənməsinə töhfə verəcəkdir”.
Aysel Şahmar