28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Canlı yayımda təhqiramiz sözlər işlədən nazirlik işçisi belə cəzalandırıldı

15 iyl 2024 14:00
HADİSƏ
ads

Azərbaycanda TikTok sosial şəbəkəsində tanışının ünvanına təhqiramiz ifadələr işlədən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Ağcabədi rayon Məhkəməsinə müraciət edən rayon sakini İ. Mənsimov (şərti ad-soyad) “Kanal 21” sosial şəbəkə səhifəsində müxbir işlədiyini bildirib.

O qeyd edib ki, canlı yayım açaraq bəzi mövzular haqqında fikirlərini bildirərkən Ağdam rayon Yüzbaşı kənd sakini olan 1998-ci il təvəllüdlü Z. Nəsibov canlı yayıma qoşulub. Həmin şəxs İ. Mənsimovun anası və özü haqqında təhqiramiz ifadələr işlədib, həmçinin böhtan mahiyyətli fikirlər səsləndirib.

Daxil olan müraciət əsasında araşdırma aparılıb. Məlum olub ki, barəsində şikayət edilmiş 26 yaşlı Z. Nəsibov nazirliklərdən birinin Bərdə rayon şöbəsində işləyir. Onun İ. Mənsimovla əvvəldən tanış olması və aralarında narazılıq yaranması da müəyyən edilib.

Ağcabədi rayon Məhkəməsi Z. Nəsibovu Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan atma və təhqir) maddələri ilə təqsirli bilib. Ona 1200 manat cərimə cəzası tətbiq edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur