Məşhur italyan mütəxəssis Fabio Kapello “Real Madrid”i Çempionlar Liqasının 2024/25 mövsümünün qalibi olmaq üçün favorit hesab edir.
QÜTB.AZ xəbər verir ki, Kapello kubok uğrunda “Qalaktikos”la mübarizə aparacaq klubların da adını açıqlayıb.
“İlk növbədə “Mançester Siti” deyərdim. Qvardiolanın mövsümün sonunda ayrıla biləcəyi ilə bağlı söz-söhbətlər var. Buna görə də bu, komandanı daha da rəqabətli və qələbəyə meylli edəcək, çünki Qvardiola gözəl xatirələr yaratmaq istəyəcək. “Şiti”də uğur qazanmaq üçün hər şey var: təcrübə, qətiyyət və keyfiyyət, Haaland isə ötən mövsümdən daha yaxşı görünür.
Sonra “İnter”i deyəcəm. Onların bütün cəbhələrdə rəqabət aparmaq potensialı, heyətin dərinliyi və güclü mentaliteti var. Daha sonra “Maznçester Siti” ilə əqabət apara biləcəyini sübut edən “Arsenal” gəlir. Onlar Premyer Liqa və Çempionlar Liqasını qazana bilərlər”, – Kapello deyib.