İranın İsrailə atdığı 180 raketdən neçəsinin İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək zərər verə bildiyi məlum olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr iddia edir ki, bu dəfəki hücum aprel ayındakından fərqlənir. Belə ki, İran indi hücum üçün yalnız ballistik raketlərdən istifadə edib. Onların uçuş sürəti isə qanadlı raketlərdən daha yüksəkdir.
İranın atdığı raketlərdən 32-si İsrailin Nevatim Hərbi Hava Qüvvələri bazasını vurub. Bir raket isə Mossadın Təl-Əvivdəki qərargahının yaxınlığına düşüb.