Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessa səfəri zamanı gizlənmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, Almaniyanın “Zeit” qəzeti xəbər verir ki, buna səbəb hava hücumu xəbərdarlığı olub .
“Annalena Berbok Odessaya səfəri zamanı hava hücumu siqnalından sonra qısa müddətə sığınacaqda gizlənmək məcburiyyətində qalıb”, – nəşr naziri müşayiət edən jurnalistə istinadən bildirib. Ümumilikdə, Burbok təxminən 25 dəqiqə orada qalıb.
Bundan əvvəl bir alman qəzeti Almaniya Xarici İşlər Nazirliyi rəhbərinin səfərinin təhlükəsizlik baxımından əvvəlcədən elan edilmədiyini yazmışdı.
Tural