Macarıstanın baş naziri Viktor Orban Ukrayna münaqişəsinin həlli ilə bağlı əsas ümidlərini Donald Trampın prezident seçkilərində mümkün qələbəsinə və onun Ağ Evə qayıdışına bağlayır.
Publika.az xəbər verir ki, bunu baş nazir “Kossuth” radiostansiyasının səhər proqramında çıxışında deyib.
Orban bildirib ki, Trampın qələbəsi Ukraynada sülh tərəfdarlarının üstünlük əldə etməsinə imkan verəcək.
"Noyabr ayından sonra sülh tərəfdarlarının dövrü gələcək. Odur ki, Avropa gələcək haqqında düşünməlidir" deyən baş nazir vurğulayıb ki, bu, Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin əsas vəzifələrindən biridir.
Orbanın fikrincə, münaqişə tərəfləri sülh istəmir və hər iki ölkə qalib gələ biləcəyinə inanır. Macarıstanın baş naziri əlavə edib ki, münaqişənin həlli aparıcı dünya güclərinin, ilk növbədə ABŞ, Avropa İttifaqı və Çinin vasitəçilik səylərini tələb edir: "Çinlilər, avropalılar və amerikalılar buna nail ola bilərlər. Sadəcə bunu təmin etməyi bacarmalıdırlar".
Cəmilə