Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin Rumıniya qızılı ilə bağlı şərhlərə görə Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, martın 14-də Avropa Parlamenti “Rusiya tərəfindən qanunsuz olaraq mənimsənilmiş Rumıniya milli sərvətlərinin geri qaytarılması haqqında” qətnamə qəbul edib. Rusiya səfirliyi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Rumıniyanın Üçüncü Reyxlə birlikdə SSRİ-yə hücum etdiyini” bildirən və Buxarestin Moskvaya olan borclarının silindiyini xatırladan bəyanatı ilə cavab verib.