ABŞ-ın şimal-şərqində yerləşən Diksvil Noç kəndinin sakinləri prezident seçkilərində ilk olaraq səs veriblər.
QÜTB.AZ xəbər verir ki, 1960-cı ildən formalaşan ənənəyə uyğun olaraq, ABŞ-da ilk dəfə olaraq burada seçki məntəqəsi açılır.
Qeyd olunur ki, səsvermə başlayandan cəmi bir neçə dəqiqə sonra başa çatıb. Çünki orada cəmi altı seçici var idi.
Respublikaçı namizəd Donald Tramp və onun rəqibi Kamala Harris bərabər sayda – hərəyə üç səs toplayıb.
Diksvil Noçda səsvermə yerli vaxtla saat 0:00-da (noyabrın 5-i Bakı vaxtı ilə 9:00) başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən şəhərdəki “Balsams Hotel”də yerləşir.
Tural