29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Alzheimer xəstəliyi artıq bu üsulla müəyyən olunacaq

28 iyn 2024 11:00
SƏHİYYƏ
ads

Adətən Alzheimer xəstəliyinin patologiyası ənənəvi olaraq neyroimaging üsulları və ya biomarkerlərdən istifadə etməklə qiymətləndirilir.

Publika.az xəbər verir ki, tədqiqatçılar nitq məlumatlarından istifadə edərək 6 il ərzində Alzheimer xəstəliyinin inkişafını proqnozlaşdırmaq üçün yeni bir üsul hazırlayıblar.

Alimlər koqnitiv şikayətləri olan 166 nəfərdən ibarət qrupu müşahidə ediblər. Hər bir şəxs 1 saatlıq imtahandan keçib, imtahan rəqəmsal olaraq qeydə alınıb və yaddaşda saxlanılıb.

Yüngül koqnitiv pozğunluğu olan 166 xəstədən 90-da 6 il ərzində demans inkişaf edib. Yaşlılıq demensiyasına insultlu və ya insultsuz qarışıq demensiya və Alzheimer xəstəliyi daxildir.

Xülasə, tədqiqatçılar yüngül idrak pozğunluğu olan insanlarda Alzheimer xəstəliyinin inkişafını proqnozlaşdırmaqda avtomatik nitqin tanınması potensialını aşkar ediblər. Təklif olunan model Alzheimer xəstəliyinin inkişafını 81.1% həssaslıq, 75% spesifiklik və 78.2% dəqiqliklə proqnozlaşdırıb.

Alimlər belə qənaətə gəliblər ki, bu yanaşma genetik və ya laboratoriya testləri, görüntüləmədən istifadə etmədən əlçatan və qeyri-invaziv süni intellekt əsasında proqnozlaşdırmağa imkan verir ki, bu da onu uzaqdan qiymətləndirmə üçün ideal edir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur