Moskvada 67 yaşlı kişi çağırışına gələn təcili tibb yardımın feldşerinə atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Təcili tibbi yardım briqadası yanıq xəsarəti alan təqaüdçünü xəstəxanaya aparıb. Feldşer xəstənin sarğısını dəyişmək üçün fikrini yayındıran zaman xəstə onu tapança ilə vurub.
Zərərçəkənin həmkarları dərhal silahı onun əlindən alaraq polisə müraciət ediblər. Tibb işçisi döş qəfəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Cəmilə