Antalyada gəmiqayırma zavodunda güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə bələdiyyə sədri Muhittin Böjek məlumat verib.
Bildirilib ki, yanğın saat 20.30-da Konyaaltı ərazisindəki gəmiqayırma zavodunda başlayıb və ən azı on yanğınsöndürmə briqadası yanğını söndürüb.
Yaralı və itki yoxdur.
Hüseyn İbadlı