26.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

General-polkovnik ürək xəstəliyindən öldü

26 dek 2025 11:00
DÜNYA
ads

Rusiyanın keçmiş müdafiə nazirinin müavini general-polkovnik Yuri Sadovenko 56 yaşında Moskvada vəfat edib.

Qutb.az xəbər verir ki, o, dekabrın 25-də ürək xəstəliyindən vəfat edib.

Sadovenko uzun illər keçmiş müdafiə naziri və Rusiya Təhlükəsizlik Şurasının hazırkı katibi Sergey Şoyqu ilə birlikdə çalışıb. 2002-ci ildə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edərkən Şoyqunun köməkçisi olub.

Şoyqu Moskva vilayətinin qubernatoru olanda (may-noyabr 2012) Sadovenko onun aparat rəhbəri vəzifəsində çalışıb. Şoyqunun müdafiə naziri təyin olunmasından iki ay sonra, 2013-cü ilin əvvəlində Sadovenko nazirliyə qoşulub. O, 2024-cü ilin may ayında vəzifəsindən azad edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur