07.04.25 | Bakı 11.03° C |
06:23:55
Lent :

Xalq artistinin həyat yoldaşından şok etiraf: Bilin, 15 il əvvəl qorilla ilə evlənmişəm

22 fev 2024 13:00
GÜNDƏM
ads

Bir insanla tanış olanda, bu insanı hansısa heyvana, ya da ki, cizgi film personajlarına oxşadıram. Yusifi ilk dəfə görəndə, gözümün önündə bir qorilla canlandı. Həmişə deyirdim ki, sən mənim qorillamsan. Smayliklər də çıxandan Yusifin adının yanında qorilla smayliki var. Uşaqlıqda da mənim ən sevdiyim film "Kinq Konq" idi. O, böyük meymundan çox xoşum gəlirdi. Yusifə də həmişə deyirdim ki, sən mənim Kinq Konqumsan. Bunu bizim yaxınlar, evdə hamı bilir.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, "Maska" şouda qorilla maskası altında çıxış edən ifaçı Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva deyib. İnstaqramda şou barədə fikirlərini bölüşən sənətçinin xanımı qeyd edib ki, Miri Yusif bu maska altında çıxış etdiyini ondan gizli saxlayıb. Lakin təxminləri onu yanıltmayıb.

" "Maska şou" olanda və qorillanı görəndə, dedim ki, bu "qorilla" yoldaşımdan başqa kimsə ola bilməz. Yenə də mənə demirdi ki, o, mənəm. İstəyirəm bilin ki, 15 il əvvəl mən bir qorilla ilə evləndim".

Qeyd edək ki, cütlüyün 3 övladı var. Uzun müddət evdar xanım olsa da, Nərgiz Mirbabayeva son zamanlarda influenserlik etməyə başlayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur