“Yuventus”un rəsmi hesabı kiber hücuma məruz qalıb.
QÜTB.AZ xəbər verir ki, Turin klubunun X sosial şəbəkəsində təsdiqlənmiş ingilisdilli hesabında bir neçə mesaj peyda olub ki, bunlardan ən populyarı “Real”ın futbolçusu Arda Gülərin transferi ilə bağlı açıqlama olub.
“Yuventus”a xoş gəlmisiniz, Arda Gülər! Yüksələn futbol ulduzu indi “Yuventus” ailəsinin bir hissəsidir! Yeni səyahətinizdə tarix yazmağa hazırsınızmı?” – deyə tvitdə bildirilib.
Daha sonra “Yuventus” X-in ingilisdilli hesabının sındırıldığını bildirib.