Planetin ən isti yeri olan Ölüm Vadisində iyul ayında rekord səviyyəyə çatan temperatur qeydə alınıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Milli Park Xidməti (NPS) məlumat yayıb.
NPS cümə günü verdiyi açıqlamada, parkda gün ərzində orta temperaturun 42,5 dərəcə Selsi olduğunu və 2018-ci ildə müəyyən edilmiş (42,3 dərəcə) rekordu üstələdiyini söyləyib.
İyulda Ölüm Vadisində orta maksimal temperatur 49,9 dərəcəyə çatıb. Parkda 51,7 dərəcə və ya daha yüksək temperatur doqquz gün, lakin 48,8 dərəcədən aşağı temperatur cəmi yeddi gün müşahidə edilib. Qeydə alınan ən yüksək temperatur iyulun 7-də, "Furnace Creek"dəki meteoroloji stansiyada qeydə alınıb - 54 dərəcə.
“Biz indicə Yer kürəsinin ən isti yerinin tarixinin ən isti ayını yaşadıq! Ən isti 10 ildən 6-sı son 10 ildə baş verib”, - Parkın nəzarətçisi Mayk Reynolds bildirib.
O əlavə edib ki, qlobal temperatur yüksəlməyə davam etdikcə bu cür rekordlar adi hala çevrilə bilər. Park ziyarətçiləri yay aylarında həddindən artıq istilərə hazır olmalıdırlar.
Hüseyn İbadlı