"Real"ın yarımmüdafiəçisi Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.
Publika.az "El Mundo"ya istinadən xəbər verir ki, 2018-ci ildə futbolçu 2012-ci ildən 2014-cü ilə qədər İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məhkum edilib. Xorvatiyalı qərardan apellyasiya şikayəti verib.
Modriç 2012-ci ildə İspaniyanın vergi rezidenti olmadığını iddia edib. Çünki o, həmin vaxt "Tottenhem"dən "Real"a yenicə keçib. Məhkəmə onun arqumentləri ilə razılaşıb və həmin vaxt onun aktivlərinin bir hissəsinin Böyük Britaniyada olduğunu qəbul edib.
Bundan əlavə, vergi orqanları futbolçudan 2013 və 2014-cü illərdə futbol agentlərinə öz adından ödənişlər etdiyindən şübhələnirdilər. Məhkəmə bu ödənişlərin Madrid klubuna mütəxəssislər tərəfindən göstərilən xidmətlər olduğuna qərar verib.
Modriçə qarşı sanksiyalar artıq ləğv edilib. Yarımmüdafiəçi həmçinin 3,5 milyon avro təzminat alacaq.
Heybət