31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

İranda pakistanlıları daşıyan avtobus aşdı: 28 nəfər ölüb, 23 nəfər...

21 avq 2024 11:00
DÜNYA
ads
Advertisement

İraqın Kərbəla şəhərində Ərbəin mərasimlərində iştirak etmək üçün İran üzərindən İraqa gedən pakistanlıları daşıyan avtobus aşıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə İran dövlət televiziyasında məlumat verilib.

Bildirilir ki, avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.

Yəzd vilayətinin avtomobil yol polisinin direktoru, polkovnik Hacı Dehabadi bildirib ki, ekspertlərin ilkin araşdırmalarına görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.

Qeyde edək ki, 10 oktyabr 680-ci ildə (10 Məhərrəm 61-ci hicri) Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseyn və səhabələrinin Kərbəla şəhərində şəhid olması hər il “Aşura günü”ndə anılır. Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri “Ərbəin” (Qırxıncı gün) mərasimləri adlanır. Builki Ərbəin tədbirləri avqustun 25-də keçiriləcək.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur