Cəlilabadda bədbəxt hadisə baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Milli.Az