31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Adil Kərimli beynəlxalq konfransda çıxış etdi

28 noy 2024 16:54
GÜNDƏM
ads

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində noyabrın 27-də "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunub.


QÜTB.AZ xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda çıxış edib.

Nazir konfransda təqdim olunan UNAOC-un “Dini Yerlərin Qorunması üzrə Fəaliyyət Planı: Təhlükəsiz və Dinc İbadət üçün Birlik və Həmrəylikdə” adlı hesabatını yüksək qiymətləndirib, Fəaliyyət Planının dini məkanlara qarşı dözümsüzlüklə mübarizədə ən əhatəli sənədlərdən biri olduğunu vurğulayıb.


Bildirilib ki, Azərbaycan Respublikası adıçəkilən Fəaliyyət Planında qeyd olunan mədəniyyətlərarası dialoq üzrə altı ümumdünya forumuna və dini liderlərin üç qlobal sammitinə ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına öz töhfəsini verir.

Qeyd edək ki, "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda keçirilən X Qlobal Forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur