Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.
QÜTB.AZ xəbər verir ki, o, bununla bağlı müvafiq fərman imzalayıb.
Hökumətin "Erkin Too" qəzetində dərc olunan fərmana əsasən, dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur.
Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.