28 yaşlı ispaniyalı futbolçu, 2024-cü il Avropa çempionatının qalibi Rodri kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Goal.com” portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçidən bütün zamanların ən yaxşı futbolçusu kimin olması barədə fikirlərini bildirməsi istənilib.
“Kriştiano Ronaldo, yoxsa Lionel Messi” sualına cavabında Rodri Kevin De Bruynenin adını çəkib.
Qeyd edək ki, Rodri De Bruyneni ən yaxşı adlandıran “Mançester Siti”nin yeganə futbolçusu deyil. Digər “Siti” oyunçusu, cinah oyunçusu Cek Qrealiş də belçikalı futbolçunu dünyanın ən yaxşısı adlandırmışdı.
Ötən mövsüm De Bruyne “Mançester Siti”nin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 6 qol vurub və 18 məhsuldar ötürmə edib.