05.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Zaxarova İrəvanın sülhməramlılara qarşı ittihamına cavab verdi: Saxtakarlıqdır

12 yan 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Moskva Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamlarına münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

Qeyd edək ki, İrəvan Rusiya sülhməramlılarının Qarabağda erməni əhalisini müdafiə etmədiklərini bildirnişdi.

Zaxarovanın sözlərinə görə, Ermənistanın bu bəyanatları məsuliyyətdən boyun qaçırmaq üçün faktları saxtalaşdırmaq cəhdləridir. O, bu cür ittihamları dağıdıcı və həqiqətə uyğun olmayan adlandırıb.

Moskva və İrəvan Qarabağda Rusiya sülhməramlıları ilə vəziyyətlə bağlı dəfələrlə bir-birlərinə hücum ediblər. Belə ki, 2023-cü il dekabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlı kontingentinin erməni əhalisini qorumaq üçün Qarabağ ərazisinə çağırıldığını qeyd edərək, Rusiyanı münaqişənin həlli ilə bağlı razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur