İki çəki kateqoriyasında UFC-nin keçmiş çempionu Konor Makqreqor yeni paylaşım edib.
Publika.az xəbər verir ki, sosial şəbəkə hesabında pərəstişkarları ilə paylaşdığı fotolarda irlandiyalı döyüşçü məşqləri necə keçirdiyini nümayiş etdirib. “Həmişə olduğu kimi, “SBG Charlestown”da məşqçi Ouen Roddi və komanda ilə əla məşq etdim”, – deyə Makqreqor şəkillərə şərh yazıb.
Makqreqor hazırda oktaqona qayıtmağa hazırlaşır. Konor 2021-ci ilin yayından, amerikalı Dastin Puareylə görüşdə ayağını sındırdıqdan sonra yarışa çıxmayıb. İrlandiyalı ulduz bundan əvvəl növbəti döyüşünün iyunun 29-da, Maykl Çandlerə qarşı olacağını bildirmişdi.