Braziliya Prezidenti Lula da Silvanın zədəsinin təfərrüatları məlum olub.
QÜTB.AZ xarici KİV-ə istinadla xəbər verir ki, siyasətçi iqamətgahında başından zərbə alıb. Bu səbəbdən o, Kazanda keçiriləcək BRICS sammitində iştirak üçün Rusiyaya səfərini ləğv etmək məcburiyyətində qalıb.
Sammit oktyabrın 22-də başlayacaq və Braziliya lideri yerli vaxtla bu axşam ora uçmağı planlaşdırırdı.
Lakin 78 yaşlı prezident yıxılaraq başının arxasından zədə alıb.
Xəstəxanaya yerləşdirmə tələb olunmasa da, həkimlər ona hava səyahətinə qadağa qoyublar.
Hüseyn İbadlı