“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətini yeni futbolçu ilə gücləndirib.
Publika.az xəbər verir ki, Tiraspol təmsilçisi Papa Nidaqa Yadeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı vingerlə müqavilənin detalları açıqlanmayıb.
Mavritanya yığmasının da üzvü olan Papanın son klubu “Mets” olub. Futbolçunun “transfermarkt”da dəyəri 700 min avrodur.
“Zirə” “Şerif”lə ilk oyunu iyulun 11-də Moldovada keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.