20.05.25 | Bakı 16.48° C |
10:06:25
Lent :

Bağça müəllimlərinin imtahanı YEKUNLAŞDI

20 okt 2024 20:00
ELM VƏ TƏHSİL
ads
Advertisement

19-20 oktyabr tarixlərini əhatə edən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi yekunlaşıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, prosesin test imtahanı mərhələsi resQutb.aznın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə diaqnostik qiymətləndirilmədə 90% davamiyyət qeydə alınıb.

20 oktyabr tarixində təşkil olunun diaqnostik qiymətləndirilmənin I seansında imtahan sistemində yaranan texniki nasazlıqla bağlı imtahan prosesində ləngimə baş verib. Nasazlıq aradan qaldırıldıqdan sonra imtahan prosesi qaydalara uyğun olaraq yekunlaşıb.

Qeyd edilib ki, cari ildə ilk dəfə təşkil olunan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik qiymətləndirilməsinin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.48° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur