Hadisə Londonda baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, gecə yarısı tutuquşu "istidir, istidir" deyə qışqırmağa başlayıb.
Hadisəyə oyanan ev sahibi yanıq qoxusu hiss edib. Məlum olub ki, paltaryuyanda alışma baş verib. O, özünü itirmədən yanğınsöndürmə xidmətinə zəng edib.
Hadisə yerinə gələn yanğınsöndürənlər zarafatla deyirlər ki, tarixdə ilk dəfə tutuquşu onları çağırıb.
Milli.Az