19.09.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Tramp yenə Ermənistana “Albaniya” dedi

18 sen 2025 22:00
DÜNYA
ads

ABŞ Prezidenti Donald Tramp yenidən Ermənistanı “Albaniya” adlandırıb.

Qutb.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında danışıb.

“Sadəcə təsəvvür edin ki, biz Azərbaycan və Albaniya məsələsini həll etdik. Bu, illər çəkmişdi. Əslində heç vaxt həll olunmazdı”, – deyə Tramp bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Trampın bu ifadələrini şərh edib. O, ABŞ Prezidentinin səhvini artıq düzəltdiyini bildirib:

“Hər bir ölkə rəhbəri səhvini düzəldir, ABŞ Prezidenti də bunu artıq "X"də paylaşdığı qeydlə edib”, – deyə Paşinyan vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur