Suriyadakı hadisələr fonunda üç ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıb.
QÜTB.AZ xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn, İranın xarici işlər naziri Abbas Əraqçi və Suriyanın xarici işlər naziri Bassam əs-Sabah cümə günü Bağdadda üsyançıların davam edən hücumu fonunda Suriyadakı böhranı müzakirə etmək üçün üçtərəfli görüş keçiriblər.
Müxalifət qüvvələrinin Suriyada irəliləməsinin İran, İraq və Suriyanın özü üçün ciddi təhlükə yaratdığı bildirilib.
Üç ölkə Suriya müxalifətinin silahlı qüvvələrini “terrorçu” adlandıraraq, onlara qarşı birgə fəaliyyətə ehtiyac olduğunu vurğulayıb. Nazirlər həmçinin İsrailin Suriyaya, eləcə də Qəzza zolağına və Livana davam edən hücumlarını pisləyiblər.